Olimpiyaçımızdan bayraq məsələsi ilə bağlı açıqlama: "Bağışlayın ki, belə alındı..."

Olimpiyaçımızdan bayraq məsələsi ilə bağlı açıqlama:

"Çox istəyirdim ki, Azərbaycan bayrağını qaldırım və döşəkdə dövrə vurub qaçım. Mən bu ölkəyə bizə kömək etdiyinə görə minnətdarlığımı bildirmək istəyirdim. Ölkəmizin insanlarını, azarkeşlərini sevindirmək, onlara xoş anlar bəxş etmək istəyirdim. Bağışlayın ki, belə alındı..."

Bunu Rio-de Janeyroda keçirilən 31-ci Yay Olimpiaya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycana bürünc medal qazandıran Natalya Sinişin qalib gəldikdən sonra döşək üzərində Azərbaycan bayrağını istəyib, lakin ona verilməməsi məsələsinə aydınlıq gətirərkən deyib.

İdmançımız bildirib ki, məsələ heç də kənardan göründüyü və təqdim edildiyi kimi deyil: "Sadəcə, mən qalib gələndən sonra çox az vaxt var idi. Məni dopinq testə aparmaq istəyirdilər. Ona görə də Azərbaycandan olan azarkeşlər mənə bayraq ötürməyə macal tapmadılar. Onlar zalda yuxarıda oturmuşdular və sadəcə bayrağı ötürməyə çatdırmadılar. Təbii ki, təəssüf edirəm".

Qeyd edək ki, Natalya Sinişin əslən ukraynalıdır. O, 2014-cü ildən bəri beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir. Güləşçi ölkəmizə Avropa çempionluğunu və ilk Avropa Oyunlarının bürünc medalını qazandıraraq bayrağımızı dalğalandırıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az