Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Gəmiqayırma Zavodunda “Şahdəniz-2” üçün çoxprofilli unikal gəmi inşa ediləcək. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub. R. Abdullayev bildirib ki, həmi gəminin Bakıda ötən il istifadəyə verilmiş yeni Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır.
ARDNŞ prezidentinin sözlərinə görə, “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən biri də odur ki, layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq. Platforma və sualtı qurğuların inşası üçün Bakıdakı tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanı təkmilləşdiriləcək.
R. Abdullayev bildirib ki, ən mühüm məsələ isə ondan ibarətdir ki, “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR