"Onu tərgitmək üçün iradə yox, kişilik lazımdı"
Xalq artisti Rəmiş və həyat yoldaşı Gülü xanım ATV-də yayımlanan "Bir sevgi tarixçəsi” verilişin qonağı olub.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, gitara ifaçısının xanımı münasibətlərindən danışıb:
"Atamla
anam ayrılmışdı. Ögey anam məni yola vermirdi, evdən qaçdım, ayrıca
mənzil tutdum ki, qalım. Rəmişə dedim ki, "Atamgildən ayrıldım". Bir
ailə ilə qalırdım. Ağlıma gəlməzdi ki, məni qaçırda bilər. Bir gün işdən
çıxanda məni götürdü və başqa yerə apardı. Həmin il avqustun 24-də ailə
qurduq. Ailəli olduğumuz ərəfədə başqa bir xanımla oturub-dururdu. Dedi
ki, "Onu evimizə gətirəcəyəm". Razılaşdım. O qadın da Rəmişin mənimlə
evli olduğunu bilirdi. Gəzdiyi qadını evimə gətirdi, 4 ay onu saxladım.
Bacı, balam kimi davranırdım. Heç vaxt dalaşmadım, üzünə vurmadım. Sonra
ayrıldım. Həmin ili Rəmiş dəfələrlə avtomobil qəzası keçirdi, dəhşətli
ağrıları olurdu.
Gedib başqa evlərdə işləyir, paltar yuyub, pul
qazanırdım ki, başımı dolandırım. Bir gün Rəmişin qardaşı evində
işləyirdim, onu gördüm. Pis vəziyyətdə idi. Bir-iki gündən sonra dostu
zəng vurdu ki, "Rəmiş səni görmək istəyirdi". Barışdıq, amma neçə ay
maşında yatıb-durduq. gedib pullu hamamda Rəmişin paltarın yuyurdum,
kafelərdə qurudub, ütüləyirdim. Onu elə geyindirirdim ki, heç kim
inanmırdı bir maşında qalırıq. Bir dəfə rayona gedirdik, yolda maşını
saxlayıb, otluqda yatırdı. Dedi ki, "Gülü, kaş bir döşək olardı, üstündə
yatardım" (ağlayır). Səhər saat 5 olan kimi, diz çöküb, Allaha
yalvarırdım ki, Rəmiş bəladan qurtulsun. Pis əməllərdən uzaq olsun.
Allah mənə hər istədiyimi verdi. Bir gün onun corablarını geyindirdim,
baxdı ki, saçlarım ağarıb. Dedi, "Niyə bu gündəsən?". Cavab verdim ki,
"Sənin dərdini çəkmək asan deyil". Söz verdi ki, bu gündən narkotikdən
qurtardım, hər şeyi atdı. 6 ay evdə narkotik saxladım ki, birdən
ağrıları tutar. 6 aydan sonra aparıb Qubada çaya atdım".
Rəmiş
isə "Məni yaşadan Gülü olub. Qəzada qolum qopmuşdu, dəmirlə
birləşdirmişdilər. Həmin ərəfədə mənə o qulluq etdi. Mən aludəçi
olmamışam. Narkotikdən ağrıkəsici kimi istifadə etmişəm. Onu tərgitmək
üçün iradə yox, kişilik lazımdı" deyə, əlavə edib.