OPEC-lə Rusiya arasında danışıqlar başlayacaq

OPEC-lə Rusiya arasında danışıqlar başlayacaq

"Biz yaxın zamanda OPEC üzvləri və Rusiya başda olmaqla təşkilata daxil olmayan ölkələrin görüşünü təşkil etmək üçün böyük səy göstəririk". "Reuters" agentliyinin xəbərinə görə, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.

Prezident, həmçinin qeyd edib ki, avqustun 4-də ölkəsinin neft sənayesi naziri Euloxio del Pino OPEC sədri Mühəmməd Barkindo ilə danışıqlar aparıb. Dövlət başçısı deyib ki, əsas məqsəd neft qiymətlərinin minimal həddini 40 dollar/bareldə sabitləşdirmək və 50-60 dollar/barelə doğru artmasına zəmin yaratmaqdır.

Xatırladaq ki, OPEC-in iyunun 2-də Vyanada keçirilən son iclasında iştirakçı ölkələr ümumi razılığa gələ bilməyib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az