Oğurluq edib qaçan şəxsi maşın vuraraq öldürdü - Bakıda

Oğurluq edib qaçan şəxsi maşın vuraraq öldürdü - Bakıda
Bakının Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Salyan şosesində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Cəfərov Nicat Tariyel oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobil yolu keçmək istəyən və hələlik kimliyi bilinməyən təxminən 30 yaşlarında olan kişini vurub. Vurulan piyada elə hadisə yerindəcə keçinib. Olay yerinə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.
Hadisə şahidlərinin bildirdiyinə görə, ölən şəxs yaxınlıqdakı kafedən oğurluq edib qaçan zaman maşın tərəfindən vurulub.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az