Pakistanda partlayış-25 nəfər ölü, 100 yaralı

 Pakistanda partlayış-25 nəfər ölü, 100 yaralı

Pakistanda baş verən partlayışın terror aktı olduğu ehtimal edilir

Martın 31-də Pakistanın Paraçinar şəhərində baş verən güclü partlayışın terror aktı olduğu ehtimal edilir. Polis hadisənin terror aktı olması və partlayışın kamikadze tərəfindən törədilməsi ilə bağlı faktların olduğunu bildirib.

Pakistan mətbuatının məlumatına görə, Paraçinar şəhərindəki "Şandak” bazarında baş verən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, təxminən 100 nəfər yaralanıb.

Ölkənin Baş naziri Nəvaz Şərif terror aktını pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az