Böyük Britaniyanın Qlazqo şəhərində paralimpiyaçılar arasında üzgüçülük üzrə dünya çempionatı başa çatıb.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, yarışların sonuncu günündə Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançıları daha 3 medala sahib olublar. Roman Saley 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında gümüş medal qazanıb. Dmitri Saley 100 metr məsafəyə kəpənək, 50 metr məsafəyə isə sərbəst üsulla üzgüçülük yarışlarında üçüncü olub.
Beləliklə, üzgüçülük üzrə dünya çempionatında paralimpiyaçı idmançılarımız 2 gümüş və 3 bürünc medalla Vətənə qayıdırlar. Hər iki idmançımız "Rio-2016” Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıblar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL