Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdədir. Aprelin 27-də ÇXR-in Milli Müdafiə Nazirliyində Azərbaycanın Müdafiə nazirinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin müdafiə nazirlərinin görüşü olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
V.Fenxe Çin ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu qeyd edib. O, bu münasibətlərin yaranmasında tarixi İpək yolunun vacib rol oynadığını da bildirib.
26 il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələrin müasir dövrdə də inkişaf etdiyini diqqətə çatdıran çinli nazir, əlavə edib ki, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.
V.Fenxe "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.

V.Fenxe ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Çin arasında dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlər ölkələrimiz arasında müasir əlaqələrin əsasını təşkil edir. Çin ilə hərtərəfli əməkdaşlıq isə ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan-Çin münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və əlaqələrin genişlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladan general-polkovnik Z.Həsənov bildirib ki, bu dostluq münasibətləri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilərək yüksək əməkdaşlıq səviyyəsinə çatdırılıb. Ölkələrimizin rəhbərlərinin və rəsmi şəxslərin qarşılıqlı səfərləri artıq daimi xarakter alıb. Bu da öz növbəsində mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir.

Azərbaycanın Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının "Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-nı təmsil edən təşkilatları tanıyır.
Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ