PKK terrorçuları 316 uşağı dağlara qaçırıb.
Bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, 316 uşağın valideyni "uşağımı PKK dağlara qaçırıb" şikayəti ilə Türkiyənin təhlükəsizlik orqanlarına müraciət edib. Həmin uşaqlardan 88-i qızdır.
Bu şəxslər "terrorun qurbanı olan itkinlər" siyahısına daxil ediliblər. Məlumatda bildirilib ki, Tükiyənın ətraf kəndlərində 2 min 500 terrorçu var. Ölkədən xaricdə isə əli silahlı, çeşidli yaş qruplarına aid PKK terroçularının sayı 9 minə yaxındır. Onların 2 min 500-ü Suriyada, 600-ü İranda, 3 min 500-ü İraqda, 2 min 500-ü isə müxtəlif adlar altında Avropa İttifaqı ölkələrində fəaliyyət göstərirlər.
İnsan Haqlarının Müdafiəsi üzrə Beynəlxalq Təşkilatın hesabatında bildirilib ki, PKK-nın Suriyadakı qolu sayılan YPG-nin (Xalqın Müdafiə Birliyi) nəzarəti altında olan bəzi bölgələrdə yeniyetmə oğlan və qızlardan ya həmin ərazilərdə, ya da silahlı qarşıdurmalarda, terror aksiyalarında istifadə edirlər.
Həmin hesabatda bildirilib ki, yeniyetmələr PKK-nın qollarından biri sayılan PYD-nin (Demokratik Birlik Partiyası) gənclər bölümündə hazırlaşdırıldıqdan sonra YPG sıralarına qəbul edilirlər.
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL