Bakıda maraqlı hadisə baş verib.
"Baku Bus" şirkətinə məxsus 1 nömrəli marşrut avtobusuna mülki geyimdə bir nəfər minib. Sürücü ondan kartla ödəniş etməsini istəyib. Həmin şəxs isə, polis əməkdaşı olduğunu deyərək, vəsiqəsini təqdim edib.
Sürücü həmin şəxsə yenə də ödəniş etməli olduğunu deyib:
"Polis formasında olsaydınız, hə, ödəniş etmədən avtobusa minə bilərdiniz. Amma hazırda formada deyilsiniz. Ona görə də, ödəniş edin".
Polis bundan sonra sürücünü hədələməyə başlayıb:
"Səni işdən çıxartdıraram. Görərsən sən". Və ardından telefonla kimlərəsə zəng vurub. Sürücü isə bu müddət ərzində avtobusu idarə etməkdən imtina edib.
Mübahisə böyüyüb. Sərnişinlər avtobusun dayanmasına etiraz ediblər. Sürücü buna görə, yoluna davam etməyə başlayıb. Amma mübahisə bitməyib. Polis 20 qəpiyə görə, hər kəslə mübahisə etməyə davam edib. Bu anları sərnişinlərdən biri mobil telefonun kamerası vasitəsi ilə qeydə alıb. /musavat.com/
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”