Poroşenko: “Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var”

Poroşenko: “Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var”
"Ukraynanın cənubi-şərqində və Dnestryanı ərazidə yerləşən Rusiya hərbi kontingentindən istənilən vaxt ərazilərimizə hücum üçün istifadə edilə bilər”.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirlə Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin silahlı qüvvələrinin rəhbər heyəti ilə görüşündə çıxış edib.
"Rusiya tərəfindən genişmiqyaslı müharibə təhlükəsi heç yerə yoxa çıxmayıb”, - Poroşenko əlavə edib.
Ukrayna prezidenti vurğulayıb ki, Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukrayna Silahlı Qüvvələrindən yüksək döyüş hazırlığı tələb edir:
"Rusiya "hibrid müharibə”nin davamı olaraq özünün imperiya planlarını reallaşdırmağa çalışacaq. Bütün istiqamətlər üzrə hərbi gücün genişmiqyaslı tətbiqi istisna edilmir. Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukraynanın Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı üçün əlavə arqumentdir. Tamamilə aydındır ki, "əzələlərlə oyun” əsas seçki texnologiyasıdır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az