Poroşenko: “Ukrayna Rusiyaya qarşı sanksiyaları gücləndirəcək” - VİDEO

Poroşenko: “Ukrayna Rusiyaya qarşı sanksiyaları gücləndirəcək” - VİDEO
Ukrayna ölkənin şərqində yaradılan Donetsk və Luqansk "xalq respublikaları”nın sakinlərinin pasportlarının Moskva tərəfindən tanınmasına cavab olaraq Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının humanitar yardım və böhranların idarə olunması üzrə komissarı Xristos Stilianidislə görüşündə bildirib.
Poroşenkonun sözlərinə görə, Moskvanın bu qərarı beynəlxalq hüquq nöqteyi-nəzərindən artıq qanunsuz rejimlərin tanınması deməkdir. Dövlət başçısının sözlərinə görə, Moskva de-fakto Minsk prosesindən imtina edib.
Xatırladaq ki, fevralın 18-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzalayıb. Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd "beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az