Prezident 8 Martda qadınlara 40 manat hədiyyə edəcək

Prezident 8 Martda qadınlara 40 manat hədiyyə edəcək
Türkmənistan prezidenti 8 Mart münasibətəilə ölkə qadınlarının hər birinə 40 türkmən manatı (11 dollar) hədiyyə edəcək.
 
Modern.az Türkmənistan KİV-nə istinadən xəbər verir ki, bu pulu dövlət müəssisələrində, təşkilatlarda çalışanlar, təqaüd və dövlət mükafatı alanlar, aspirantura, doktorantura və klinik ordinaturada oxuyanlar, həmçinin, Türkmənistan prezidenti yanında Dövlət Xidməti Akademiyasında azı 2 il oxuyan tələbələr də alacaq.
Sərəncam tələbə qızları, məktəbliləri və bağça tərbiyəçilərini də əhatə edir.
 
Pul mükafatının təntənəli mərasim zamanı veriləcəyi gözlənilir.   
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az