"Prezident olanda sizi güllələyəcəyəm" - Jirinovski

Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski prezident olacağı təqdirdə rəqiblərini güllələyəcəyini bəyan edib.

Miq.az APA-ya istinadən xəbər verir ki, o, Dövlət Dumasında çıxışı zamanı Moskva vilayətinin Ruza şəhərində partiyasının deputatlarına təzyiq edilməsinə etiraz edib: "Təzyiq nəticəsində deputatlar qorxublar və adlarını seçkiqabağı siyahıdan çıxarmaq məcburiyyətində qalıblar. Bəzi deputatlar Moskva vilayət rəhbərliyini dəstəkləyirlər. Gələn ilin martında seçkilərdən sonra Kremlə çıxanda sizi güllələyəcəyəm və asacağam, yaramazlar və əclaflar".
 
Daha sonra partiyanın parlament fraksiyası tam tərkibdə zalı tərk edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az