Prezident Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitinə qatılacaq

Prezident Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitinə qatılacaq
Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Zirvə toplantısına qatılacaq.
APA-nın  "inform.kz” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov zamanı bildirib.

 "11 sentyabrda türkdilli ölkələrin başçılarının - Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü olacaq. Obyektiv səbəblərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitə qatıla bilməyəcək, lakin Türkiyədən yüksək səviyyəli rəsmilər gələcək. Bəzi ölkələr də nümayəndələrini toplantıya göndərəcəklər. Bu, gündəlikdə olan məsələləri müzakirə etdiyimiz görüş olacaq”, - deyə nazir qeyd edib.

Vətəninfo.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az