Prezident Türkiyənin xarici işlər naziri ilə görüşdü
Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Azərbaycanda səfərdədir.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər nazir Fəxri Xiyabanı,
Şəhidlər Xiyabanını və oradakı Türk Şəhidliyini ziyarət edib. Sonra o,
Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olub.
Daha sonra
F. Sinirlioğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
arasında əvvəlcə təkbətək, daha sonra geniş formatda görüş keçirilib.
Nazirlərin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.