Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” fəxri adı verib

Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” fəxri adı verib
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq "Qəhrəman ana” fəxri adının verilməsi ilə bağlı fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fərmana əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-nene muxtar dairəsindən Olqa Dextyarenkoya "Qəhrəman ana” fəxri adı verilib.

Qeyd olunub ki, bu ad 10 və daha çox uşağı olan analara verilir. Belə ki, Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.

Xatırladaq ki, 2022-ci ilin 15 avqustunda Vladimir Putin tərəfindən imzalanan sərəncamla yeni fəxri ad "Qəhrəman ana” təsis edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az