Putin Təhlükəsizlik Şurasını topladı və Trampa bağlı qərar qəbul etdi

Putin Təhlükəsizlik Şurasını topladı və Trampa bağlı qərar qəbul etdi
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

Publika.az "TASS”-a istinadən xəbər verir ki, iclasda Rusiya-ABŞ münasibətlərinin cari vəziyyəti müzakirə olunub.

Kremlim mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, iclasda yanvarın 28-də Vladimir Putinin ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi yaratması qərara alınıb.

"Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanvarın 23-24-də Astanada Suriya ilə bağlı keçirilən görüşün nəticələrini, həmçinin, münaqişənin həllində sonrakı perspektivləri müzakirə etdilər”, - deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az