Putin və Ruhani arasında görüş keçirilir

Putin və Ruhani arasında görüş keçirilir
Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında görüş başlayıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Sergey Şoyqu, İran tərəfdən isə xarici işlər naziri Məhəmməd Cavad Zərif, prezident administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian və İranın Rusiyadakı səfiri Mehdi Sənayi iştirak edirlər.
 
Görüş zamanı iki ölkə arasında münasibətlər, birgə enerji layihələri və ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq.
 
Sonda ikitərəfli sənədlərin imzalanması və mətbuat konfransının keçirilməsi planlaşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az