“Qara bazar” bankların bir addımını gözləyir - Manat üzüaşağı gedir

“Qara bazar” bankların bir addımını gözləyir - Manat üzüaşağı gedir

Son günlər manatın ucuzlaşması insanlarda ajiotaja səbəb olub. 

Bu gün oktyabrın 24-də daha 2 bank dollar satışını dayandırıb. "Azər-Türk Bank” və Pakistan Milli Bankının Bakı filialı bu gün  xarici valyuta satışını dayandırıb. Ötən həftənin son iş günü "Ekspressbank”  dollar satışını dayandırmışdı. Artıq bu gün bank 500  dollarlıq limitlə valyuta satışını bərpa edib. Bundan başqa "Bank VTB (Azərbaycan)”  və "Naxçıvanbank” dollar satışını dayandırıb. "Paşa Bank” da xarici valyuta satışını dayandırıb. Bank ancaq öz müştərilərinə 500 dallarlıq limitlə satır. (Fins.az)

Bu gün banklarda dolların alış kursu 1.58-1.6150,  satış kursu isə 1.71-1.7550 civarında dəyişir. "Qara bazar” isə hələ ki susqunluğunu qoruyur. Əldə etdiyimiz məlumata görə, "qara bazar”dakı kurs banklardakı satış kursu ilə kəskin fəqlənmir. Ötən gün "qara bazar”da dolların satışı kursu 167.50 olub. "Qara bazar”da dolların satış kursunun qalxmamasının səbəbi isə banklardakı dollar satışına limitin hələki qoyulmaması və dayandırmamasıdır. Ekspertlər isə hesab edir ki, manat bir az da ucuzlaşsa, banklar riskə getməyib dollar satışını dayandıracaq. Ekspertlərin fikrincə, ilin sonuna qədər manatın kəskin ucuzlaşması gözlənilir. "Qara bazar” isə bankların bir addımını gözləyir, dolların satışının dayandırılmasını…

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az