“Qara bazar”da dolların alveri canlanıb – QİYMƏT

“Qara bazar”da dolların alveri canlanıb – QİYMƏT
Bu gün daha 3 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 18-ə çatıb. Noyabrın 17-də bankların dollar satışını dayandırması "qara bazar”ı canlandırıb.

Miq.az Fins.az-a istinadən xəbər verir ki, bu gün "qara bazar”da 1 dollar 1.8250 manata satılır.

ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. "Qara bazar”da dollar 1.8000 manata alınır.

Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə "qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.
 
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az