“Qara bazar”da dolların qiyməti
Bu gün "qara bazar”da dolların alış və satış qiymətləri ucuzlaşıb.
Miq.az Fins.Az-a istinadən xəbər verir ki, bu saatlara qədər "qara bazar”da 1 dollar 1,8100 manata alınır, 1,8300 manata satılır.
Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,8030 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandırıb.
Buna görə, dollar axtaran vətəndaşlar, xüsusilə iş adamları "qara bazar”a üz tutur. "Qara bazar”da satılan avro isə bahalaşıb. Bu gün 1 Avropa valyutası 1,9600 manata satılır. Alışı isə 1,9100 manatdır.
Miq.az