Qarabağda ölən erməni əsgərin meyiti tapılmır

Qarabağda ölən erməni əsgərin meyiti tapılmır
Qarabağın şimal istiqamətində, Madagiz hərbi hissəsinin yaxınlığında yerləşən su anbarında boğulan erməni əsgərlərdən biri, 19 yaşlı Ruben Mnatsakanyanın cəsədi hələ də tapılmayıb.

Miq.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Armlur.am saytına Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan bildirib. 

Onun sözlərinə görə, axtarış tədbirləri davam etdirilir. 

Xatırladaq ki, mayın 8-də əsgər Ruben Mnatsakan Barseğyan (1998-ci il), Rafayel Artur Bişaryan (1997-ci il) və Ruben Hovannes Mnatsakanyan (1998-ci il) avtomobillə su anbarına düşüb. Axtarış nəticəsində Ruben Barseğyan və Rafayel Bişaryanın cəsədləri tapılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az