"Qarabağda müharibə olmayacaq"

Qarabağ münaqişəsini hərbi yol ilə həll etmək mümkün deyil. O, yalnız danışıqlar masası arxasında və yalnız sülh yolu ilə həll edilə bilər.

Bunu sentyabrın 29-da jurnalistlərlə görüşdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin bildirib və əlavə edib ki, ATƏT-in Minsk Qrupunun və bütün dünya ictimaiyyətinin diqqəti buna yönəlib.

"Mən ümid edirəm ki, heç bir gərginlik olmayacaq”, - İvan Volınkin vurğulayıb.

Onun sözlərinə görə, təmas xəttində və sərhəddə baş verənlər dərin təəssüf doğurur: "Həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə dair suala cavab verərkən, Rusiya səfiri deyib: "Mövzunun iki nazirin Nyu-Yorkdakı görüşündə müzakirə olunduğunu düşünürəm. Amma təəssüf ki, nəticələri bilmirəm”.

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az