Qarabağı erməniləşdirən səfir haqqında teleserial çəkiləcək

Qarabağı erməniləşdirən səfir haqqında teleserial çəkiləcək
Rusiya rejissoru Nikita Mixalkov Çar Rusiyasının İrandakı səfiri olmuş Aleksandr Qriboyedov haqqında çoxseriyalı filmini çəkməyə hazırlaşır.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, o, bu haqda Serbiyada keçirilən "Kustendorf” 8-ci beynəlxalq kino festivalı çərçivəsində verdiyi müsahibəsində deyib.
Rejissorun sözlərinə görə, "Qriboyedov”un ssenarisi hələ 1985-ci ildə yazılıb: "Onun müəllifləri Aleksandr Adabaşyan, Yuri Loşits, İrakli Kvirikadze və mənəm. Bu, mənim fikrimcə, silkələyən ssenaridir. Həyat və Aleksandr Qriboyedovun həlak olması. Biz sübut etdik ki, Qriboyedovun qətli qara müsəlman camaatının işi deyildi, bu, ingilislər tərəfindən planlaşdırılmış qətl idi. Çünki səfir İpək yolunda onlara mane olurdu”.
Nikita Mixalkov qeyd edib ki,1980-cı illərin sonunda çəkilişlərin bir hissəsinin getdiyi Dağlıq Qarabağda münaqişə başlanıb və gərgin vəziyyətlə əlaqədar film üzərində işlər dayandırılıb: "Qarabağda müharibə başlandı və filmi çəkmək bizim üçün sadəcə mümkün deyildi”.
Rejissor xatırladıb ki, Qriboyedov Qarabağda erməni ailələrini məskunlaşdırıb: "Səfir İrana aparılmış 40 min erməni əsirini oradan çıxarıb”.
Mixalkov bildirib ki, teleserial 12-15 seriyadan ibarət olacaq. Rejissorun sözlərinə görə, teleserialın çəkilişinin dəqiq vaxtını hələ bilmir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az