Qardaş bacısına görə qan tökdü
Hadisə namus üstündə baş verib
Cəlilabadda qətl törədilib. Cəlilabad Rayon Prokurorluğundan İstipress-in cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb. Kənd sakini 1992-ci təvəllüdlü Əli Xanbaba oğlu Əliyev aralarında yaranmış mübahisə zəminində həmyerlisi ,1975-ci təvəllüdlü Nemət Eldar oğlu Astanovu bacısının həyətində çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisəni törədən Ə. Əliyev artıq saxlanılıb.Hadisənin namus üstündə baş verdiyi deyilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Miq.az