“Qərbin hökmranlıq dövrü sona yaxınlaşır”

“Qərbin hökmranlıq dövrü sona yaxınlaşır”
"Qərbin siyasi və iqtisadi sferalarda hökmranlığı sona yaxınlaşır”.
Vətəninfo.az məlumat verir ki, APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib. "Biz artıq Qərbin öz hökmranlığını qorumaq üçün süni yollara əl atdığını görürük. Habelə, BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına məhəl qoymadan digər ölkələrə təzyiqlər göstərdiyini, sanksiyalar tətbiq etdiyini və hətta silahlı qüvvələrdən istifadə etdiyini görə bilərik. Bu, beynəlxalq münasibətlərə xaos gətirir”, - deyə S. Lavrov əlavə edib.

 Nazirin sözlərinə görə, terrorizm və qeyri-qanuni miqrantlarla bağlı problemlər Qərbin suveren dövlətlərin daxili işlərinə müdaxiləsinin nəticəsidir. O, məhz buna görə Yaxın Şərq və Şimali Afrikanın terror və ekstremizm ocağına çevrildiyini vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az