Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən və iyulun 6-da qəza baş verən Telemexanika Zavodunda 260-dan artıq ixtisaslı mütəxəssis çalışır.
Zavod 2013-cü ilin iyulunda fəaliyyətə başlayıb.
Zavod üçnövbəli iş rejimində işləyir və burada il ərzində üç növdə 7 milyon patron istehsal olunur. Mərkəzdə quraşdırılmış 106 dəzgahın yarıdan çoxu Avropa ölkələrində hazırlanmış xüsusi texnoloji avadanlıqdır. Yeni istehsal sahəsində avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir.
Zavoddakı nəzarət-sınaq mərkəzi üçün yeni inzibati bina müəssisədə istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması üçün nəzərdə tutulub.
Burada atəş sınaqları aparmaq üçün üç sahə yaradılıb. Sınaq atışları zamanı müxtəlif ölçülü güllələrin ballistik xüsusiyyətlərinin - təzyiq, sürət və atəşləmə sıxlığının yoxlanılması mümkündür.
Xatırladaq ki, iyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika zavodunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib, 19 nəfər isə xəsarət alıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL