Sentyabrın 4-də baş vermiş zəlzələ nəticəsində Oğuzun Padar kəndindəki məktəb binası yararsız hala düşüb. Bina təmir edilənədək uşaqlar digər dövlət idarələrinin binasında yaradılmış siniflərdə təhsil alacaqlar.
Vətəninfo.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər.
Nazirlikdən dedilər ki, 290 şagirdin təhsil aldığı Padar kənd tam orta məktəbində 17 sinif olub. Hazırda həmin siniflərdən 4-ü kənd bağçasının, 6-sı köhnə kolxoz idarəsinin, 7-si kənd xəstəxanasının binasında tədrisi davam etdirir.
Zəlzələ ocağına yaxın rayonun Astraxanovka kəndində də məktəb binası yeraltı təkanların gücündən ciddi şəkildə zədələnib.
Nazirlikdən qeyd etdilər ki, məktəb binaları tam təmir olanacaq.
Qeyd edək ki, həmin məktəbdə kənd seçki məntəqəsi fəaliyyət göstərdiyindən binanın qəzalı vəziyyətə düşməsi nəticəsində məntəqənin digər əraziyə köçürülməsi barədə də MSK qarşısında məsələ qaldırılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL