Qəzaya düşən şagirdlərdən 5-i xəstəxanadadır - 1 qızın vəziyyəti ağırdır - RƏSMİ

Qəzaya düşən şagirdlərdən 5-i xəstəxanadadır - 1 qızın vəziyyəti ağırdır - RƏSMİ

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərin müalicəsi davam etdirilir.

Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat evrib.

A.Əhmədova deyib ki, martın 11-də Yevlax xəstəxanasında 15 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb:

"5 nəfər isə Mingəçevir xəstəxanasındadır. Onlardan 4 nəfərinin vəziyyəti stabildir. Bir nəfərin vəziyyəti isə ağır-stabil olaraq qalır. Çünki açıq beyin əməliyyatı keçirib”.

Qurum rəsmisi vəziyyəti ağır olan şagirdin adını açıqlamasa da, qız olduğunu bildirib.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. 

Miq.Az



 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az