Qəzaya uğrayan Rusiya təyyarəsindən sağ çıxan yoxdur - 1 nəfərin cəsədi tapıldı

Qəzaya uğrayan Rusiya təyyarəsindən sağ çıxan yoxdur - 1 nəfərin cəsədi tapıldı

Rusiyanın qəzaya uğrayan təyyarəsindən yeni xəbərlər var
 
Rusiya mətbuatına açıqlama verən güc strukturlarındakı etibarlı mənbələrin məlumatına görə, "Tu-154” tipli təyyarəsinin sərnişinlərindən birinin cəsədi və "Birinci kanal" telekanalının jurnalistinin sənədi tapılıb. Həmin cəsədin Soçi sahilindən 6 kilometr uzaqlıqda tapıldığı bildirilir.
 
İlkin açıqlamalara görə, sağ qurtulan heç kimin olmadığı bildirilir. Axtarışların davam etdiyi qeyd edilir.
 
Qeyd edək ki, bu səhər Rusiya Müdafiə Nazirliyinə məxsus 91 nəfərlik sərnişini olan "Tu-154" təyyarəsi qəzaya uğrayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az