Qəzzanı bombardıman edən İsrail pilotu katapult zamanı ölüb

Qəzzanı bombardıman edən İsrail pilotu katapult zamanı ölüb
Çərşənbə günü İsrail Hərbi Hava Qüvvələrinin pilotu ölkənin cənubundakı Ramon aviabazası ərazisində "F-16" qırıcısından katapult edən zamanı ölüb.

Bu barədə "The Times of Israel" qəzetinin elektron versiyası yazıb.

Məlumata görə, şturman da təyyarəni tərk edib və yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təyyarə Qəzzada əməliyyat tapşırığından qayıdıb.

İsrailin Müdafiə Ordusu nümayəndələri pilotu katapult etmək məcburiyyətində qoyan səbəblərin hazırda məlum olmadığını bildiriblər. İnsidentin araşdırılmasına başlanıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az