Qızının ölümündə günahkar bilinən ata intihar edib

Qızının ölümündə günahkar bilinən ata intihar edib

Bərdə rayonunda qızının ölümündə özünü günahkar bilən ata intihar edib. Belə ki, 1961-ci il təvəllüdlü Həsən İbrahimov özünü yaşadığı evin həyətində asaraq öldürüb.

Miq.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, martın 18-i H.İbrahimovun qızı 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahimova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. H.İbrahimov qızının ölümündə özünü günahkar bilib, hadisənin də bu səbəbdən baş verdiyi ehtimal edilir.
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az