Məşhur aktyor, SSRİ-nin xalq artisti olmuş Lev Durov vəfat edib.
L. Durov uzun
sürən xəstəlikdən sonra avqustun 20-nə keçən gecə dünyasını dəyişib.
Onun qızı Yekaterina Durova atasının Moskva vaxtı ilə saat 00.50-də
müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində keçindiyini
açıqlayıb.
Avqustun 7-də L. Durov ürəyindəki problemlə əlaqədar
xəstəxanaya aparılıb. O, huşunu itirib və ürəyi faktiki olaraq dayanıb.
Ona ağır pnevmoniya diaqnozu qoyulub.
L. Durov 1931-ci il
dekabrın 23-də Moskvada doğulub. 1967-ci ildən etibarən Malaya Bronnaya
küçəsində yerləşən Moskva Dram Teatrında çalışmağa başlayıb. 200-dən çox
filmə çəkilib. İlk filmi 1955-ci ildə Leonid Malyuqinin "Dobroye utro”
filmi olub. L. Durov "Semnadtsat mqnoveniy vesnı”, "Stariki-razboyniki”,
"Ya şaqayu po Moskve”, "Bolşaya peremena” kimi populyar filmlərdə rol
alıb. Aktyor "Azərbaycanfilm” Kinostudiyasında çəkilən və Polad
Bülbüloğlunu baş rol oynadığı "Qorxma, mən səninləyəm” filmində San
Sanıç rolunu canlandırıb.
APA
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”