Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin məlumatına görə, güclü sel suları özü ilə bərabər palçıq və daş gətirərək yolun alt hissəsindən keçən, diametri 1,5 metr olan iki suötürücüsünün girişini tutub, nəticədə yolun kənarına dolan sel suları yolun hərəkət hissəsini aşıb. Palçıq və daş Quba-Xınalıq yoluna dolaraq yolun bağlanmasına səbəb olub. Sel nəticəsində yol təsərrüfatına xeyli ziyan dəyib.
"Azəryolservis” dərhal təbii fəlakətin baş verdiyi əraziyə xüsusi texnika və lazımi sayda canlı qüvvə səfərbər edib. Qısa müddət ərzində palçıq və daşla örtülən yolun kənarı ilə alternativ yol salınaraq, Quba-Xınalıq və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
"Bundan sonra yolun açılması istiqamətində
təxirəsalınmaz işlərə başlanılıb. Güclü selin yaratdığı fəsadların
aradan qaldırılması istiqamətində gecə boyu və bu gün davam edən işlər
nəticəsində yolun alt hissəsindən keçən hər iki suötürücüsü və yolun
hərəkət hissəsi palçıq və daşlardan təmizlənib. Bu gün günorta
saatlarında yolda tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa
edilib", - deyə şirkətdən bildirilib