"Jurnalist Rasim Əliyevin döyülərək dünyasını dəyişməsinin baiskarları mütləq surətdə cəzalarını alacaqlar. Bunun yaxın günlərdə şahidi olacağıq. Həmin istiqamətdə müvafiq qurumlara göstərişlər verilib. Jurnalistin ölümündə təqsiri olanların tapılması ölkə rəhbərinin şəxsi nəzarəti altında davam etdirilir”. Vətəninfo.az xəbər verir ki, bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə. Amaşov bildirib ki, Mətbuat Şurası Azərbaycan prezidenti İlham Əliyevin jurnalist R. Əliyevin ölümü ilə bağlı məsələyə yanaşmasını yüksək qiymətləndirib: "Bu, ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir”.
Şura sədri qeyd edib ki, Azərbaycan prezidentinin məsələyə münasibəti həm də cəmiyyəti azad sözə, plüralist fikrə daha diqqətli, həssas və dözümlü olmağa çağırışdır: "Vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq bu prinsipin qorunması hər bir şəxsin ümdə vəzifəsi olmalıdır. Cənab prezident bununla bir daha göstərdi ki, jurnalistlərin yaxın dostudur və həmişə, hər zaman həmkarlarımızın yanındadır”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL