Rəis bankomatdan pul çıxaranda öldü - Göyçayda

Rəis bankomatdan pul çıxaranda öldü - Göyçayda

"Azəravtoyol" ASC-nin 17 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.

Miq.az  "Report"a istinadən xəbər verir ki, Göyçay şəhəri, Hüseynbala Əliyev küçəsində yaşayan M.Ağayev şəhər ərazisində olan bankomatların birindən pul çıxararkən qəflətən vəziyyəti pisləşib və vəfat edib.
Qeyd edək ki, mərhum M.Ağayev keçmiş icra başçısı Mübariz Ağayevin qardaşıdır. O, 1999-cu ildən Yol İstismar İdarəsinə rəhbərlik edirdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az