Rusiya Amerikanı İTTİHAM etdi-50 mindən çox insan...

Rusiya Amerikanı İTTİHAM etdi-50 mindən çox insan...

Rusiyanın Müdafiə Nazirliyi: ABŞ Suriyada 50 min insanın humanitar yardım almasına çıxışı bağlayıb

ABŞ-ın Suriyadakı Ət-Tənfə hərbi bazası ətrafında 55 km-li zonanı bağlamaq qərarı 50 mindən çox insanı təcrid vəziyyətində qoyub.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytenant Sergey Kuralenko deyib.
"ABŞ Ət-Tənfə hərbi bazası ətrafında 55 km-li zonanı bağlamaqla 50 mindən çox insanın təcrid edildiyi ərazi yaradıb. Humanitar yardıma ehtiyacı olan insanlara bu yardımın göstərilməsində əngəl yaradılması ilə presedentsiz vəziyyət yaradılıb" - deyə o bildirib.
Generalın sözlərinə görə, təcrid zonasına düşən qaçqın düşərgəsinin sakinləri qida və tibbi yardım ala bilmir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az