Rusiya aviaşirkətlərinin Çexiyaya girişi dayandırıldı

Rusiya aviaşirkətlərinin Çexiyaya girişi dayandırıldı
Rusiyanın Ural Hava Yolları şirkəti Çexiyaya uçuşlarını dayandırıb.

Axar.az xəbər verir ki, bu məlumat şirkətin "Vkontakte” səhifəsində yer alıb. Şirkət bu addımı Çexiya hökumətinin qərarı ilə atdığını bildirib. Belə ki, rəsmi Praqa aviaşirkətin təyyarələrinin ölkəyə girişini qadağan etdiyini bəyan edib.
Maraqlı məqam odur ki, analoji qadağa "Pobeda” və "Aeroflot” aviaşirkətlərinin də təyyarələrinə aid olunub.
Hələlik Çexiya hökumətinin Rusiya aviaşirkətlərinə qarşı niyə belə addım atdığı açıqlanmayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az