Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan edib

Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan edib
Rusiya-Azərbaycan dövlət sərhədinin "Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində qonşu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət dövlət qurumu olan "Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları 52,5 ton meyvə və tərəvəzin Azərbaycandan daxil olmasına icazə verməyiblər

Miq.az
yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi Rusiya ərazisinə karantin altında olan məhsulun idxal qaydalarının pozulması göstərilib.


Saxlanılan yüklər arasında 16780 kq nar, 18025 kq pomidor və 17750 kq xiyar var. Bu məhsullar geriyə - Azərbaycana qaytarılıb.(virtualaz.org)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az