Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Sədri oldu

Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Sədri oldu

Rusiya 1 oktyabr tarixindən BMT-nin Təhlükəsizlik Şurasının sədri oldu.

Bu ay ərzində BMT-nin yeni baş sədrinin seçkiləri başa çata bilər.

Təşkilatın ilk iclası oktyabr ayının 3-ü baş tutacaq. Bu zaman qurumun 1 aylıq fəaliyət planı razılaşdırılacaq. Hal-hazırda Rusiyanın həmsədrliyi ilə 20 iclas nəzərdə tutulub. Gündəliyə əsasən, Şura oktyabr ayında Afrikadakı konflikt, Sudanın Darfur şəhərində vəziyyət, Konqo Demokratik Respublikası, Mali, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan məsələləri müzakirə ediləcək. Bundan başqa Yaxın Şərqdə baş verən məsələlər, Suriya, Livan və Yəmən problemləri gündəliyə salınıb. Yaxın Şərqlə bağlı debatlar 19 oktyabrda start götürəcək.

Oktyabrın 5-i isə Təhlükəsizlik Şurasında BMT-nin baş katibliyinə namizədlər üçün səsvermə baş tutacaq.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az