Rusiya əleyhinə sanksiyaların müddəti uzadıldı

Rusiya əleyhinə sanksiyaların müddəti uzadıldı
Avropa ittifaqının Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddətinin 2018-ci ilin yanvar ayının 31-nə qədər uzadılması qərarı təşkilatın rəsmi jurnalında dərc edilib və qüvvəyə minib. 

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Dərc edilmiş sənəddə deyilir ki, qərar jurnalda dərc edildiyi günün səhəri qüvvəyə minir. 

Çərşənbə günü Aİ Şurası RF-yə qarşı 2017-ci ilin iyul ayının sonunda vaxtı bitəcək iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul edib. Beləliklə, Şura Avropa İttifaqının üzv ölkələrinin liderləri tərəfindən iyunun 22-də sammitdə qəbul edilmiş siyasi qərarı təsdiqləyib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az