Rusiya qlobal internet şəbəkəsindən ayrılmağa hazırlaşır – Qanun imzalandı

Rusiya qlobal internet şəbəkəsindən ayrılmağa hazırlaşır – Qanun imzalandı
Rusiya Prezidenti Vladimir Putin hökumətin internet üzərində nəzarətini genişləndirməyi nəzərdə tutan qanunu imzalayıb.

Qanun mayın 1-də imzalanıb və Kremlin vebsaytında dərc olunub. Tənqidçilər qanunun internet üzərində senzuraya yol açacağını deyirlər.
Qanun internet provayderlərindən tələb edir ki, Rusiyanın internet trafikini ölkəiçi serverlərə yönəldəcək avadanlıq quraşdırsınlar. İnternet fəalları bu addımın Rusiya kəşfiyyat agentliklərinə, dövlət qurumlarına informasiyaya daha böyük nəzarət imkanı verəcəyini deyirlər.
Ancaq Kreml və onun parlamentdəki müttəfiqləri qanunvericiliyi müdafiə edir, Birləşmiş Ştatlar Rusiyanı qlobal internetdən ayıracağı halda bunun müdafiə xarakterli olacağını deyirlər.
Belə bir hal baş verərsə, Rusiyanın Roskomnadzor media tənzimləyicisi ölkə internetinə nəzarəti ələ keçirərək bütün trafiki filtrasiya edə bilər.
Roskomnadzor rəhbəri Aleksandr Zaxarov ötən ay deyirdi ki, bu addımlar həm də rusiyalılar arasında populyar olan Telegram mesajlaşma əlavəsini hədəfə alacaq. (Turkustan.info)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az