Rusiyaya məxsus şirkət Ermənistanın Qafan rayonundakı qızıl mədənini satır.
"Report” xəbər verir ki, bunu "Kommersant” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Rusiyanın Qafandakı dağ-mədən şirkəti olan "Polymetal” müəssisəsi qızıl hasilatı yatağını satmaq üçün "En+” şirkətinin keçmiş sahibi Artyom Volıntsovun başçılıq etdiyi "Chaarat Gold” şirkəti ilə danışıqlar aparır.
"Cari il oktyabrın 26-da tərəflər "Bloomberg”in sorğusuna cavab olaraq, danışıqların aparıldığını təsdiqləyiblər. Hələ bu ilin avqustunda "Chaarat” MDB-də məkanında polimetal mədənini 75 milyon dollara almağı planlaşdırdığını açıqlamışdı. İndi bu məlumat təsdiqlənib. Həmin mədən Qafanda yerləşirmiş”, - qəzet vurğulayıb.
"Polymetal” bu yatağı 2016-cı ildə alıb. Bu yataqda 861 milyon dollar dəyərində, yaxud 0,7 mln unsiyaya ekvivalentində, yaxud 21,7 t (bir unsiya 33 qram) qızıl var. Ehtiyatın isə 1,9 mln unsiya olduğu ehtimal edilir. 2017-ci ildə Qafanda 50 min unsiya, 1,5 t, yaxud 61,5 miln dollarlıq qızıl istehsal edilib.
Qeyd edək ki, Rusiyanın dağ-mədən "Polymetal” şirkəti 1998-ci ildə yaradılıb. Gümüş, qızıl və mis hasilatı ilə məşğul olur. Mərkəzi ofisi Sankt-Peterburqda yerləşir. Şirkət "Polymetal International plc” adı ilə Böyük Britaniyanın Cersi adasında qeydiyyatdan keçib.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?