Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək.
Bu barədə Trend-ə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Qeyd olunub ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bütün razılaşmaları alqışlayır: "Ümid edirik ki, Düşənbədə baş tutmuş söhbət bu məqsədə çatmağa kömək edəcək".
RF XİN-dən bildiriblər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya öz növbəsində Azərbaycan və Ermənistana zəruri vasitəçilik yardımı göstərməyə hazırdır.
Xatırladaq ki, sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.
Həmçinin tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?