Rusiyada istixana kompleksində faciə baş verib, 5 azərbaycanlı yanaraq ölüb

Rusiyada istixana kompleksində faciə baş verib, 5 azərbaycanlı yanaraq ölüb
Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.

"Report"un Rusiya bürosunun xəbərinə görə, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib.
Kirov vilayətində Azərbaycan diasporunun rəhbəri Elnur Hüseynovun veridyi məlumata görə, ölənlərin hamısı azərbaycanlılardır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü şəxslərdir. Ölənlərdən biri istixananın sabiq rəhbəridir.
2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə, ümumilikdə, 20 işçi olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az