Rusiyada Moskva vilayəti polisinin istefada olan polkovnik-leytenantı Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir.
Bu barədə "Report” "Moskovski komsomolets”ə istinadən xəbər verir.
İstintaqın versiyasına görə, keçmiş polis məmuru Aleksey Jdanov ötən il oktyabrın 16-da "İnfiniti” markalı avtomobili idarə edən 38 yaşlı azərbaycanlı ilə yolu bölüşə bilməyəndən sonra Novoslobodskaya küçəsində evin həyətində ona çataraq "Makarov” tipli tapançadan atəş açıb, ardından isə "Jiquli” markalı maşınını yandırıb. A.Jdanov elə həmin gün polis tərəfindən saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, A.Jdanov başqa cinayət də törədib, özü də yenə azərbaycanlıya qarşı. Onun ötən il sentyabrın 8-də Desnovskoye qəsəbəsi ətrafındakı meşədə tapılan, bıçaq zərbələrindən və odlu silahdan açılan atəşlərdən ölən azərbaycanlını da qətlə yetirdiyi məlum olub. Öldürülən şəxs "Reno Loqan” markalı avtomobildə daşıma ilə məşğul olurdu.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları birinci cinayətin başvermə şəraitini və səbəblərini aydınlaşdırırlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR