Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı
Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

Yolun Moskva vaxtı ilə saat 01:30-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.

Ötən gün şiddətli yağış və sel təhlükəsi səbəbindən Transqafqaz magistralında nəqliyyatın hərəkəti dayandırılıb.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az