Rusiyanın Ermənistandakı hərbi bazasında genişmiqyaslı təlimlər başlayıb

Rusiyanın Ermənistandakı hərbi bazasında genişmiqyaslı təlimlər başlayıb
Rusiyanın Ermənistandakı hərbi bazasında üç mindən çox hərbçinin iştirakı ilə taktiki təlimlər başlayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Cənub Hərbi Dairəsi yayıb.
İyulun 28-dək davam edəcək təlimlərə təxminən 500 texnika, o cümlədən hava hücumundan müdafiə, qırıcı və pilotsuz aviasiya cəlb olunub.
Hərbi bazadakı motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimlərin keçirildiyi "Kəmhud” və "Alagöz” poliqolnlarına istiqamətlənib. Avtomobil və zirehli maşınların hərəkəti zamanı birləşmələr şərti düşmənin hava hücumundan müdafiəsi üzrə tapşırıqları yerinə yetirir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az