Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq

Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq
ABŞ dövlət katibi Reks Tillerson Ukraynanın XİN rəhbəri Pavel Klimkinlə görüşündə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını qeyd edib.

Miq.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlərə açıqlamasında zamanı bildirib: "Rusiya Ukraynanın şərqinə və Krıma dair tələbləri yerinə yetirməyincə, sanksiyalar qüvvədə qalacaq", - Toner söyləyib.

Bu arada ABŞ Ədliyyə Nazirliyinin rəhbərinin müavini postuna namizəd Rod Rozenstayn prezident Donald Trampın komandasının Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırmaq üçün xüsusi prokuror təyin edəcəyini istisna etməyib. Rod Rozenstayn, həmçinin ABŞ-da keçirilən son prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıracağını vəd edib. 
 

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az